Təlimə Azərbaycan, ABŞ, İordaniya, Macarıstan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və NATO-nun Hərbi Hava Qüvvələrinin nümayəndələri qatılıb.
Azərbaycanın hərbi qulluqçuları təlimlər çərçivəsində tapşırıqları Hərbi Hava Qüvvələrimizə məxsus 2 ədəd “Su-25” tipli qırıcı ilə yerinə yetiriblər.
Bu ilki təlimlərdə ilklərə imza atılıb. İlk dəfə olaraq “Böhran məsələsi” adı verilən hərəkatdan əvvəl qabaqlayıcı uçuş taktikası tədbiq edildi. Qanadlı raketlərin qarşısının alınması və məhv edilməsi texnikası ön planda olub. Pilotsuz uçuş aparatlarının qırıcı təyyarə kimi istifadə edilməsi və onların mühafizəsinin təşkil edilməsi də təlimdəki yeniliklərdən idi.
Bu barədə daha ətraflı AzTV-nin “Həftə” analitik informasiya proqramında təqdim edilən reportajda: