EN

Türkiyənin 12 hərbçisi şəhid oldu - YENİLƏNİB

Türkiyənin "Pəncə-Kilid" əməliyyatı çərçivəsində aparılan axtarış tədbirləri zamanı baş verən metan qazı sızması nəticəsində şəhid olan əsgərlərin sayı artıb.

Yenisabah.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı son məlumatda bildirilir ki, əməliyyat bölgəsindəki bir mağarada həyata keçirilən yoxlama zamanı 19 hərbçi qazdan zəhərlənib. Onlardan 12-si həyatını itirib.

Məlumata görə, zəhərlənən hərbçilərdən 5-i ötən gecə şəhid olub, səhər saatlarında isə daha 3 nəfərin vəfat etməsi ilə şəhid sayı əvvəlcə 8-ə, daha sonra isə 12-yə yüksəlib. Sezar pizza

Qeyd edək ki, bu əməliyyat çərçivəsində 2022-ci ildə şəhid olan baş leytenant Nuri Melih Bozkurun cəsədinin axtarış işləri aparılırdı. Hadisə də məhz bu proses zamanı baş verib.

Əsmətxanım


Telegram kanalımız
Chosen
23
50
yenisabah.az

10Sources