Rusiyanın nəqliyyat naziri Roman Starovoyt vəzifəsindən azad edilib.
“Qafqazinfo TASS-a istinadən xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Vladimir Putin Fərman imzalayıb.
Qeyd edək ki, R. Starovoyt 2024-cü ilin mayından nazir vəzifəsini icra edirdi. Bundan əvvəl o, Kursk vilayətinin qubernatoru olub.