EN

Millətlər və adətlər

Hər millətin özünə görə adəti var. Burada pis-yaxşı sözü getmir. Sadəcə fərqli inanclarla tanış olmaq özümüzü tanımaqda yararlı ola bilər.

Farslarda Aşura mərasimi Türklərdən çox fərqli olur. Sağ əldə aşağıdakı video İsfahan şəhərindəki dəstələrdən birində çəkilib.

Yəzd şəhərindəki dəstələrdən birində mərsiyə oxuyan deyir: “İmam Hüseyn məclisində ağ ciyərimə çəkdiyim bu tüstü, aldığım hər bir nəfəs şəfadır”.

Bu onların inancıdır. Yenə də bizim düşüncəmiz farslarınkının tərsinə olan bir düşüncədir. Biz sağlamlıq biliyinə güvənərək tüstünün, özəlliklə narkotik tərkibli tüstünün insana ziyanı olduğuna inanırıq. İmam Hüseyn adına insanları tüstüyə alışdırmağı da şarlatanlıq bilirik.

Hər halda millətlərin tam fərqli olduğu, ayrı-ayrı inancları, adətləri, uyqarlıqları olduğu təbiidir. Eləcə də, yaşadıqları durum da elə o inaclarından törənmiş bir ortamdır.

Prezident Pezeşkiyanı Xankəndi səfərindən qayıtdıqdan sonra Təbrizin Ostandari həyətində Tasua günündə yığışan azədar dəstəsində görürük.

Farslar qəlyan çəkməklə İmam Hüseyn adına qurulmuş məclislərdə şəfa almaq istəyir.

Türklər isə 30-40 il bundan qabaq “Nalə dəstəsində” qəmə-qılınc götürüb göydə tovlarkən nalə təpərdi. İndi də qəmə-qılınc qanunsuz olduğuna görə qəmə yerinə əl ağacı götürürlər.

Millətlər fərqlidir. Bu fərqləri qəbul etməyənlər özlərinə də, başqalarına da başağrısı olurlar.

Ondan başqa, prezident Pezeşkiana diplomatik əxlaq dərsi verməyi vacib bilən panfarsistlər bilməlidir ki, cənab prezident nə etdiyini çox yaxşı bilir. Onun ev sahibi Prezident Əliyev cənablarına sayqı duruşu əslində elə o panfarsistlərə böyük dərsdir.

P.S. Fars mediasında Pezeşkianın sayğı duruşuna, yaman-yovuz yazmaqda ustalaşmış panfarsistlər, İranşəhrilər özlərini yırtmağa başlayıb.

Chosen
22
50
vaxt.az

10Sources