Bakı, 7 iyul, AZƏRTAC
ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında yarımfinal oyunlarının hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Braziliyanın “Fluminense" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək görüşü fransalı referi Fransua Leteksye idarə edəcək.
Fransanın PSJ kollektivi ilə İspaniya təmsilçisi "Real Madrid"in oyunu isə polşalı hakim Şimon Marçinyaka həvalə olunub.
Qarşılaşmalar müvafiq olaraq iyulun 8 və 9-da təşkil olunacaq.
Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.