EN

Atasının vida konsertində evlilik təklifi aldı FOTO

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

5 iyulda rok musiqisinin əfsanəsi Ozzi Osburn, Birmingemdə son dəfə səhnəyə çıxaraq “Back to The Beginning” adlı konsertlə musiqi karyerasına vida edib.

Sherg.az xəbər verir ki, konsert zamanı qızı Kelli Osburn, sevgilisi Sid Vilsondan evlilik təklifi alıb. Bu anlara valideynləri Ozzi və Şaron da şahidlik ediblər. Cütlüyün bir oğlu var.

76 yaşlı Osburn səhnədə qara taxtda oturaraq mahnılar ifa edib və orijinal Black Sabbath heyəti ilə 20 ildən sonra ilk dəfə birlikdə çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
32
sherg.az

10Sources