EN

Pakistan Milli Assambleyasının nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Chosen
22
50
azerbaijan-news.az

10Sources