Həbslərin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Amma saxlanmalarmüxalifət hərəkatı üzvlərinin həbslərinin davam etməsi fonunda həyata keçirilir. Xatırladaq ki, iyunun 25-də genişmiqyaslı xüsusi əməliyyat nəticəsində arxiyepiskop Baqrat Qalstanyan və daha 16 nəfər həbs edilib.
![]() |
Məhbus erməni keşişlər aclıq elan ediblər| VİDEO |
Ermənistanın baş naziri Nikol Paşinyan, öz növbəsində, sosial şəbəkədə erməni kilsəsinin arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Acapaxyanın cinayət təqibinin “qanunsuz” olması barədə bəyanatına cavab verib.
“Əgər Ktriç Nersisyan (katolikos II Qareginin dünyəvi adı) arxiyepiskoplar Baqrat Qalstanyan və Gevorq Acapaxyanın həbsini qanunsuz hesab edirsə, deməli,yuxarıda adıçəkilən şəxslərin hərbi çevriliş etmək, insanları divarın altında güllələmək və ölkədə xaos yaratmaq ideologiyasını və planlarını bölüşür.Üstəlik, bu halda, genişlənmiş Vaqarşapat icmasının heç bir ərazisi hüquq-mühafizə orqanlarının fəaliyyətinə bağlana bilməz, xüsusən dəKtriç və bir neçə başqa şəxslərin sayəsində bu ərazilər zina üçün bağlanmayıb”, - erməni KİV-ləri Nikol Paşinyanın bəyanatından sitat gətirirlər.
Sahil İsgəndərov
AzVision.az