Sabahdan başlayaraq Gəncə şəhərinin bəzi ərazilərinin təbii qazla təchizatında iki gün fasilə yaranacaq.
Bu barədə Axar.az-a “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz tənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı iyulun 8-dən saat 09:00-dan etibarən (iki gün müddətində) iyulun 9-da işlər başa çatanadək “Gəncə 1 və 2” ölçü qovşağından və “Bağmanlar” əhali orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Gəncə şəhərinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdıqdan sonra isə bərpası planlaşdırılır.