Türkiyənin Tokat vilayətində 4 kənd bağ yaprağı oğurluqları səbəbilə çətin günlər yaşayır.
Sherg.az xəbər veürir ki, mövsümdə təxminən 1 ton Tokat üzüm yarpağı oğurlanıb. Büyükyıldız, Emirseyit, Necip və Kat kəndlərindən oğurluq xəbərləri gəlib.
Fermer Alaettin Öncü deyib: "Bağımıza gəldik, yarpaqlar toplanmışdı. 800 kq yarpaq oğurlanıb." Şükrü Can: “Bağım darmadağın edilib. Üzümlərin üstünü açıb zərər veriblər.”

Kənd sakinləri indi gecə-gündüz növbə ilə bağlarını qoruyur və hadisə ilk dəfə baş verdiyi üçün təhlükə və qorxu içində olduqlarını bildirirlər.
Oğurluq halları barədə jandarmaya məlumat verilib, lakin oğrular hələ tapılmayıb.