EN

Bu ölkədə günorta saatlarında açıq sahələrdə işlərin görülməsi qadağan edildi

Bu gün Yunanıstanda yüksək temperaturun müşahidə olunduğu bölgələrdə saat 12:00-dan 17:00-a qədər açıq sahələrdə işçi çalışdırılması qadağan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Belə ki, Orta Makedoniya, İyon Adaları, Qərbi Yunanıstan, Tesaliya, Messiniya bölgələri ilə birlikdə Samos (Sisam) və Rodos adalarında bu gün saat 12:00-dan 17:00-a qədər açıq sahələrdə fiziki güc tələb edən işlərdə işçi çalışdırılmasına icazə verilməyəcək.

Yükdaşıma, kuryelik, tikinti və gəmiqayırma (tersane) kimi sahələrdə işlər dayandırılıb.

Chosen
20
50
operativmm.az

10Sources