EN

İstanbulun ikinci hava limanı Avropada sürət rekordu qırır

BAKI, TurkicWorld

Sabiha Gökçen Hava Limanı Avropanın ən sürətlə inkişaf edən əsas hava limanı seçilib.

TurkicWorld xəbər verir ki, Avropa Hava Limanları Şurasının (ACI) 2025-ci ilin may ayına dair açıqladığı statistikalara əsasən, İstanbul Sabiha Gökçen Hava Limanı sərnişin artımı baxımından “Əsas Hava Limanları” kateqoriyasında Avropanın ən sürətlə böyüyən hava limanı olub.

Keçən ilin may ayı ilə müqayisədə sərnişin axını 14,9 faiz artaraq Sabiha Gökçen Hava Limanını Avropada 9-cu yerə daşıyıb.

Qeyd edək ki, bu nəticə 40 milyondan çox sərnişinə xidmət göstərən hava limanları arasında qeydə alınıb. 2025-ci ilin ilk 5 ayı üzrə də limanın uğurlu nəticələr əldə edəcəyi gözlənilir.

Chosen
2
12
turkic.world

10Sources