EN

Mbappe “Real”ın tarixinə düşdü

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kilian Mbappe “kral klubu”nun tarixinə düşüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, klublararası dünya çempionatının 1/4 final mərhələsində Almaniyanın “Borussiya Dortmund” komandası ilə matçda (3:2) sonuncu qolun müəllifi olan fransalı hücumçu Madrid təmsilçisinin heyətində bir mövsüm ərzində 7 fərqli turnirdə fərqlənən ilk oyunçu olub.

O, bunadək La Liqa, İspaniya Kral Kuboku, Çempionlar Liqası, İspaniya Superkuboku, UEFA Superkuboku və Qitələrarası Kubokda qol vurub.

Qeyd edək ki, Kilian Mbappe 2024-cü ilin yayından “Real Madrid”də çıxış edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
50
unikal.az

10Sources