EN

İcraçı direktor ABB səhmlərinin ucuzlaşmasına münasibət bildirib

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankının səhmlərinin qiymətininucuzlaşması post-dividend dövrünə təsadüf edir.

Trend xəbərverir ki, bu sözləri ABB İnvest İnvestisiya şirkətinin İcraçıdirektoru Nadir Babazadə qurumun fəaliyyətinə dair mətbuatkonfransında deyib.

O qeyd edib ki, dividenddən sonra səhmlərin qiymətininucuzlaşması tam normal bir haldır:

"Çünki artıq dividendin qiyməti öz əksini tapmışdı. Dividendalışı həyata keçiriləndən sonra bəzi müştərilər satış həyatakeçirdi, bəziləri isə gözləmə mövqeyindədir. ABB uzun illərdirdavamlı olaraq dividend ödəyir, xalis mənfəətin görə, aktivlərinəgörə lider bankdır. Ən əsası bütün məlumatlar şəffaf şəkildəpaylaşılır. İnvestisiya tövsiyyəsi olmasa da, subyektiv fikirləriməgörə, ABB səhmlərinin ucuzlaşmasını bir fürsət kimi görmək olar", -deyə o qeyd edib.

Chosen
1
16
az.trend.az

10Sources