EN

Oğuzda ağac kəsiminə görə cinayət işi başladı

Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Chosen
84
teleqraf.com

1Sources