EN

Rusiya öz ambisiyalarının girovuna çevriləcək



Rusiyanın Azərbaycana və azərbaycanlılara qarşı sərgilədiyi mövqenin və aqressiyasının arxasında dayanan səbəb Rusiyanın ambisiyalarıdır. Azərbaycanın müstəqil siyasət yürütməsi, ayrı-ayrı güclərin maraqlarından deyil öz maraqlarından çıxış edərək addımlar atması Rusiyanı narahat edir.

Odur ki, müxtəlif yollarla ölkəmizə qarşı təzyiqlər həyata keçirməyə cəhdlər olunur. Rusiya məhz onun maraqlarına xidmət edən, Kremlin siyasətini dəstəkləyən, addımlarını Rusiya ilə razılaşdıran, sözə baxan və asılı Azərbaycan görmək istəyir. Bunun baş verməsi üçün də müxtəlif vasitələrdən istifadə edir. Əvvəl, yəni 30 ildən artıq bir dönəmdə bunun üçün “Dağlıq Qarabağ” kartından istifadə olunurdu və separatçı rejimdən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunurdu. İndi bu təzyiq vasitəsi ortadan qalxdığı üçün daha aqreesiv metodlardan istifadə edir.

Təyyarəmizin vurulması, ölkəmiizə olan kiberhücumlar, media qurumlarında Azərbaycan əleyhinə kampaniyanın aparılması, parlament deputatlarının hədələri və ardınca da Yekaterinburqda baş verənlər bunun bariz sübutudur.
Azərbaycan isə öz növbəsində artıq neçənci dəfədir ki, bu şəkildə təzyiqlərlə kiməsə boyun əyməyəcəyini açqı şəkildə Rusiyanın nəzərinə çatdırmağa müvafiq olub. Rusiyanın bundan nə dərəcədə dərs çıxaracağını zaman göstərəcək. Bizim Rusiya adlı bir problemimiz yoxdur və baş verənlərdə də bütün məsuliyyət rəsmi Moskvanın üzərinə düşür.
Əgər Rusiya etdiyi səhvlərə və davranışlarına görə üzr istəyib, Azərbaycanı ram etməklə bağlı ambisiyalarından əl çəkəcəksə o zaman problem də qalmayacaq. Əks halda Rusiya öz ambisiyalarının girovuna çevriləcək ki, bu da onlar üçün yaxşı heç nə vəd etmir.

Yusif Bağırzadə, politoloq
Chosen
14
50
newscenter.az

10Sources