EN

Ermənistan parlamentində vitse spiker və deputat arasında mübahisə olub

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistan parlamentində vitse-spiker Ruben Rubinyan və müxalifətçi "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyan arasında mübahisə baş verib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, mübahisə baş prokuror Anna Vardapetyanın müxalifətçinin deputat toxunulmazlığının ləğvi və cinayət işinin açılması ilə bağlı vəsatətinin müzakirəsi zamanı baş verib.

Deputat A.Sarkisyan terrora hazırlıq və hakimiyyəti qəsb etmə işində ittiham olunur. Bu işdə arxiyepiskop Baqrat Qalstanyan və daha 15 nəfərin adı keçir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
50
azxeber.com

10Sources