Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva deyib.
O bildirib ki, dərmanların keyfiyyətinin yoxlanması və beynəlxalq səviyyədə tanınması üçün onlar bir sıra standartlara uyğun olmalı və beynəlxalq sertifikatlara malik olmalıdır:
“Bu, həm istehsalçı ölkənin daxili qanunvericiliyi, həm də beynəlxalq qurumların tələbləri ilə tənzimlənir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının “WHO Prequalification” (ÜST tərəfindən ilkin qiymətləndirmə proqramı) proqramı dərmanların keyfiyyət, təhlükəsizlik və effektivlik meyarlarına uyğun olub-olmadığını müəyyən edir.
Əsasən İİV/QİÇS, malyariya, vərəm və digər yoluxucu xəstəliklərin müalicəsində istifadə olunan dərmanlara aiddir. Bu proqram vasitəsilə dərmanlar beynəlxalq təşkilatlar tərəfindən (məsələn, UNICEF, GDF, Gavi, UNDP) satın alınmaq üçün uyğun hesab olunur. Həmin humanitar beynəlxalq təşkilatlar vasitəsilə dərmanları satın almaq ölkələrə istehsalçıda olandan daha ucuz başa gəlir, həmçinin onlar keyfiyyətli və etibarlı dərman vasitələri olur”.
Deputat qeyd edib ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsinə və müəyyən olunmasına bir çox parametrlər təsir edə bilər:
“Azərbaycanda dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən təyin olunur. Dərmanlara isə satışa buraxılmazdan əvvəl Səhiyyə Nazirliyinin müvafiq laboratoriyaları tərəfindən rəy verilməli və keyfiyyəti təsdiqlənməlidir.
Digər məsələ isə, bir ölkədən gətirilən dərmanlar apteklərdə eyni qiymətə satılmalıdır. Təəssüf ki, eyni dərmanın müxtəlif apteklərdə fərqli qiymətlərə satıldığının şahidi oluruq. Əgər qiymət fərqi varsa, bu, qanunun pozulmasıdır. Ölkə üzrə vahid qiymət tənzimləməsi olduğu halda, buna nəzarət də gücləndirilməlidir ki, sui-istifadə hallarına yol verilməsin”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Sources
-
news24.azİnternetdə satılır: Ölümə səbəb olur ( 19035424)
-
news24.azİnternetdə satılır: Ölümə səbəb olur ( 19035742)
-
demokrat.azAzərbaycana gətirilən dərmanlar keyfiyyətsizdir? Deputatdan AÇIQLAMA ( 19033396)
-
demokrat.azAzərbaycana gətirilən dərmanlar keyfiyyətsizdir? — Deputatdan AÇIQLAMA ( 19033303)
-
olaylar.azMakron Britaniyadan Fələstini tanımağı istəyir – İsraildən sərt reaksiya ( 18975658)
-
demokrat.azDeputat: “Rusiyanın Azərbaycandan olan asılılığı daha çoxdur” ( 18960025)
-
demokrat.azDeputat: “Rusiyanın Azərbaycandan olan asılılığı daha çoxdur” ( 18959950)
-
olaylar.azRusiyanın savaşda ciddi əsgər çatışmazlığı ilə üzləşdiyi ortaya çıxdı ( 18953623)
-
referans.azXamenei ilə bağlı iddia qarışıqlıq yaratdı – İki məqsəd var ( 18935335)
-
azpost.infoBöyrək daşlarının yaranmasına D vitamini çatışmazlığı da səbəb ola bilər ( 18914455)