EN

Oğuzda ağac kəsiminə görə cinayət işi başlanılıb

Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Pravda.az-a bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb.

 

Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

 

Araşdırmalar davam etdirilir.

Tarix: 7 İyul 2025, 16:34   
Chosen
17
6
pravda.az

10Sources