EN

Qobustanda qayınatanın gəlinini bıçaqlama səbəbinin təfərrüatı: Yaxın qohum danışdı – "Namus məsələsi deyil" - ÖZƏL

Qobustanda qayınatanın gəlinini bıçaqlama səbəbinin təfərrüatı: Yaxın qohum danışdı – "Namus məsələsi deyil" - ÖZƏLXəbər verdiyimiz kimi, Qobustan rayonunda qətl hadisəsi baş verib. 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib. Araşdırmalar zamanı məlum olub ki, cinayəti mərhumun qayınatası Orucağa Ağayev törədib. O, həmçinin həyat yoldaşı Sevilə də bıçaqla xəsarət yetirib. Orucağa Ağayev saxlanılıb.

İlkin versiyaya əsasən, hadisənin "namus üstündə" baş verdiyi bildirilmişdi. Lakin mərhumun ailə yaxının Sonxeber.az-a verdiyi məlumata görə, bu iddialar həqiqəti əks etdirmir.

Ailə yaxının sözlərinə görə, Günel Ağabəyli ilə həyat yoldaşının övladının olmaması səbəbilə gərginlik yaşanırmış:

"Günelin həyat yoldaşı ilə atası - yəni Orucağa Ağayev arasında tez-tez mübahisələr olurdu. Səbəb isə onların uşaq sahibi olmaması idi. Ata oğlunun boşanmasını istəyirdi. Cinayət baş verən gün Günelin həyat yoldaşı işdə olub. Orucağa əvvəlcə həyat yoldaşı Sevili, daha sonra isə gəlini Güneli bıçaqlayıb".

Qohum əlavə edib ki, ailənin üzvləri - qaynata, gəlini və oğlu müəllim kimi çalışıblar. Günel Ağabəyli və həyat yoldaşı Şamaxı rayonunda musiqi müəllimi kimi fəaliyyət göstərirmiş.

Vüsalə İbrahimli

Chosen
17
27
sonxeber.az

10Sources