EN

Milan ın baş məşqçisi Luka Modriçin keçidini təsdiqləyib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

İtaliyanın "Milan" klubunun baş məşqçisi Massimiliano Alleqri İspaniyanın "Real Madrid” komandasının yarımmüdafiəçisi Luka Modriçlə razılıq əldə etdiklərini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Mütəxəssis 39 yaşlı futbolçunun avqust ayında komandaya qoşulacağını bildirib.

Hazırda Modriç Madrid təmsilçisinin heyətində klublararası dünya çempionatında çıxış edir. O, turnirin sonunda “kral klubu”u ilə yollarını ayıracaq.

Qeyd edək ki, Luka Modriç başa çatan mövsümdə “Real Madrid”in heyətində 62 oyunda 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
109
28
azertag.az

6Sources