EN

Premyer Liqa: 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı bəlli olub

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

İyulun 18-də "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq tədbir saat 15:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.

"Cebheinfo.az" 

Chosen
2
19
cebheinfo.az

10Sources