Bakı. Trend:
İyulun 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmisəfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasınınsədri Sərdar Ayaz Sadiqin rəhbərlik etdiyi parlament nümayəndəheyəti ilə görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə vurğulanıb ki, Azərbaycan və Pakistan arasında stratejimünasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub.Spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin növbəti təzahürü olduğunu bildirib. MilliMəclisin sədri qonaqların Prezident İlham Əliyevlə görüşünətoxunaraq, qeyd edib ki, dövlət başçımız ölkələrimiz arasındakımünasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.
Söhbət zamanı bildirilib ki, Azərbaycan xalqı Ermənistanıntorpaqlarımızı 30 il davam etmiş işğalı dövründə və Vətənmüharibəsində Pakistanın ölkəmizə dəstəyini yüksəkqiymətləndirir.
İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəlisəfərlərin xüsusi rolunu qeyd edən Milli Məclisin sədri Prezidentİlham Əliyevin Pakistana səfərlərinin, Pakistanın dövlətrəhbərlərinin Azərbaycana səfərlərinin və imzalanmış sənədlərinxüsusi rolundan danışıb. Bildirilib ki, Pakistanın Baş naziriŞahbaz Şərifin bir neçə gün əvvəl İqtisadi Əməkdaşlıq TəşkilatınınXankəndidə keçirilmiş 17-ci sammitində iştirakı dostluğumuzunnövbəti nümunəsidir.
Parlamentlərarası əlaqələr barədə danışan spiker Sahibə Qafarovaqeyd edib ki, hər iki ölkənin parlamentlərində qarşılıqlı dostluqqrupları uğurla fəaliyyət göstərir və bu gün qanunvericiorqanlarımız arasında çox yaxşı münasibətlər qurulub.Parlamentlərimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıqedirlər. Bildirilib ki, Azərbaycan, Pakistan və Türkiyə arasındayaradılmış üçtərəfli əməkdaşlıq formatı strateji müttəfiqölkələrimizin əldə etdikləri nailiyyətlərdən biridir.
Görüşdə, həmçinin bu il mayın 28-də Laçın şəhərində keçirilmişAzərbaycan-Pakistan-Türkiyə liderlərinin üçtərəfli Sammitini xüsusiqeyd edən spiker Sahibə Qafarova bu sammitin əhəmiyyətinivurğulayıb. Üçtərəfli formatda əməkdaşlığın parlamentlərçərçivəsində də davam etdirildiyini deyən spiker Sahibə Qafarovaparlament sədrlərinin nəzərdə tutulan Üçüncü Üçtərəfli Görüşübarədə fikirlərini bölüşüb.
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqqonaqpərvərliyə və ölkəmizə dəvətə görə təşəkkürünü ifadə edərəkbildirib ki, Pakistan və Azərbaycan həmişə bir-birilərinidəstəkləyən qardaş ölkələrdir. Assambleyanın sədri, Hindistanlamünaqişədə Pakistanla həmrəylik nümayiş etdirdiyinə görəAzərbaycana təşəkkürünü bildirib.
O, qeyd edib ki, ölkələrimizin yerləşdiyi coğrafi məkanlararasında bağların gücləndirilməsi gələcək üçün böyük önəm daşıyır.Diqqətə çatdırılıb ki, Pakistan bütün beynəlxalq müstəvilərdəhəmişə Azərbaycanı dəstəkləyib.
Qonaq bildirib ki, bir neçə gün əvvəl Xankəndidə keçirilmişsammitdə dövlət və hökumət başçılarının iştirakı həm dünyayaverilmiş bir mesaj, həm də Azərbaycanın zəfərinə dəstəkdir.
Söhbət zamanı Milli Assambleyanın sədri Pakistanla Azərbaycanarasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri,qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb, Pakistanparlamentinin strukturu, fəaliyyət prinsipləri barədə məlumatverib, mütəmadi həyata keçirilən qarşılıqlı səfərlərin mühümrolundan danışıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərbarəsində də fikir mübadiləsi aparılıb.