Çuvaş Respublikasının Şumerlya şəhərində Leninin abidəsi şəhər meydanından poliqona köçürülüb.
Publika.az xəbər verir ki, bu barədə “Pro Gorod Cheboksary | Novosti Chuvashia ” Telegram kanalı məlumat yayıb.
“Lenin abidəsini şəhər meydanından zibilliyə göndərdilər”, - nəşr yazır.
Məlumata görə, Rusiya şəhərinin baş meydanında sovet proletariatının liderinin yeni abidəsi peyda olub.
Bundan əvvəl Voloqda vilayətinin qubernatoru Qeorgi Filimonov rayonda İosif Stalinin üçüncü abidəsinin qoyulmasına görə sakinlərə təşəkkür edib. Abidə Nikolsk şəhərində peyda olub. Rayon rəhbərinin sözlərinə görə, bu, şəhər sakinlərinə ölkənin tarixini unutmamağa kömək edəcək.