EN

Putin əlaqələri bərpa etmək üçün Bakıya onu göndərdi KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Rusiyanın xüsusi nümayəndələrinin “Sukhoi Superjet” təyyarəsi Moskvadan Bakıya doğru havaya qalxıb. 

KONKRET.az unikal-a istinadla xəbər verir ki,bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunub ki, Rusiya liderinin Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün göndərdiyi xüsusi qrup bu gün Bakıya gələcək.

Moskva ilə Bakı arasındakı münasibətlərdə yaranmış vəziyyəti həll etmək üçün danışıqlar aparmalı olan şəxsin Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov olduğu iddia edilir.

Xüsusi uçuşun məqsədi rəsmi olaraq açıqlanmayıb.

Onu da deyək ki, Rusiya tərəfi nazirin Bakıya Beynəlxalq Mülki Müdafiə Təşkilatının icraiyyə şurası və baş assambleyasının iclasında iştirak etmək üçün səfər etdiyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
51
50
konkret.az

10Sources