Dünyanın ən böyük valyuta ehtiyatına malik olan Çinin valyuta ehtiyatları 2025-ci ilin iyununda 32 milyard dollar artaraq 3,317 trilyon dollara çatıb.
Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bu, Çin Xalq Bankının hesabatında yer alıb.
Hesabata görə, hazırkı göstərici 2015-ci ilin dekabrından bəri ən yüksək həcmdir.
Ötən ay yuan ABŞ valyutası qarşısında 0,45% dəyər qazanıb, ABŞ dolları isə əsas valyutalar səbətinə qarşı 2,7% ucuzlaşıb.
Hesabatda bildirilib ki, Çinin qızıl ehtiyatları iyunun sonunda 73,9 milyon unsiya təşkil edib ki, bu da bir ay əvvəl 73,83 milyon unsiya olub. Çin Mərkəzi Bankı səkkizinci aydır ki, qiymətli metalı alıb. Dəyər baxımından qızıl ehtiyatları may ayının sonundakı 241,99 milyard dollardan 242,93 milyard dollara yüksəlib.