EN

Yerli investorlar ABŞ birjalarında öz adından ticarət edə biləcək

"ABB İnvest İnvestisiya Şirkəti"nin icraçı direktoru Nadir Babazadə iyulun 7-də keçirilən mətbuat konfransında şirkətin xarici bazarlara çıxışı və mobil tətbiq üzərindən təqdim edilən yeni funksionallıqlar barədə ətraflı məlumat verib.

"ABB İnvest"in direktoru ABB səhmlərindəki qiymət enişinə münasibət bildirib

FED.az xəbər verir ki, o bildirib ki, "ABB İnvest İnvestisiya Şirkəti" hazırda Amerikada təsis olunmuş API broker şirkəti ilə birgə layihə həyata keçirir və bu layihənin nəticəsi artıq ABB mobil tətbiqində öz əksini tapıb.

“Biz Amerikada təsis edilmiş API brokeri şirkəti ilə birgə layihəmizi reallaşdırmışıq və bu layihənin məhsulu hazırda mobil tətbiqdədir. Bu nəyə xidmət edir? İstənilən müştəri mobil tətbiq vasitəsilə birbaşa Amerika birjalarında ticarət olunan səhmlərə öz adından investisiya edə bilər. ‘Öz adından investisiya’ xüsusilə vurğulanmalıdır, çünki bu o deməkdir ki, alınan səhmlər və qiymətli kağızlar birbaşa müştərinin adına rəsmiləşdirilir,” – deyə direktor qeyd edib.

Onun sözlərinə görə, bu imkan müştəriləri bir sıra risklərdən qoruyur: “Bu, gələcəkdə yarana biləcək kontragent riskindən və hər hansı bir brokerdə baş verə biləcək istənilən gözlənilməz hadisədən müştəriləri sığortalayır. Sığortaya toxunmuşkən həmin hesablarda toplanan yarım milyon dollara qədər qiymətli kağızlar və pul qalıqları ABŞ-da fəaliyyət göstərən Securities Investor Protection Corporation (SPIC) tərəfindən sığortalanır, bu sığorta vasitəçilərin və brokerlərin potensial müflisləşməsi və ya fəaliyyətinin dayandırılması kimi hallarda müştəriləri qorumağa xidmət edir.”

Nadir Babazadə bu günədək xarici bazarlarda yalnız əsas ticarət saatlarında mümkün olan əməliyyatların artıq uzadılmış saatlarda da aparıla biləcəyini açıqlayıb: “Bu gündən etibarən müştərilər rəsmi birja açılışından öncə və rəsmi birja bağlanışından sonra da Amerikada ticarət olunan qiymətli kağızlarla əməliyyat apara biləcəklər. Bu funksionallıq artıq mobil tətbiqdə bu gündən etibarən aktivdir.”

O əlavə edib ki, ilin sonuna qədər ABB mobil tətbiqində daha bir mühüm yenilik planlaşdırılıb: “Necə ki yerli qiymətli kağızlar bazarında istiqraz bazarı var biz bunu xarici Amerikada ticarət olunan istiqrazların ticarətini mobil tətbiq üzərindən təmin edəcəyik,işlərimiz başlayıb il sonuna təqdim olunacaq.”

Chosen
3
50
fed.az

10Sources