EN

Konstitusiya Məhkəməsində yeni hakimlər kollektivə təqdim edilib

Bakı. Trend:

İyulun 7-də Azərbaycan Respublikası Prezidentinin təqdimatınaəsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yenitəyin edilən hakimlər - Otari Qvaladze, Fərhad Tutayuk, RaufQuliyev və Rəşid Rzayev kollektivə təqdim olunub. TədbirdəMəhkəmənin hakimləri və Aparatın məsul əməkdaşları iştirakediblər.

Bu barədə Trend-əKonstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təqdimat mərasimində çıxış edən KonstitusiyaMəhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, bu il müstəqilAzərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının30 ili, eyni zamanda, torpaqlarımızın azad edilməsi nəticəsindəKonstitusiyamızın bütün Azərbaycan ərazisində hüququnun bərpaedilməsinin – suverenliyimizin 5 ili tamam olur. Prezident İlhamƏliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiyavə Suverenlik İli" elan olunması müasir Azərbaycan dövlətçiliyinininkişafında mühüm hadisə olmaqla, hüquqi dövlətçilik və suverenlikdəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətəmalikdir.

Fərhad Abdullayev çıxışında Konstitusiya Məhkəməsinin səlahiyyətmüddəti başa çatmış hakimlərinin ədalət mühakiməsininsəmərəliliyinin artırılması istiqamətində uzun illər uğurlufəaliyyətlərindən, məhkəmə-hüquq sistemində xidmətlərindən bəhsedərək, onların Konstitusiya Məhkəməsinin hakimi kimi hər zamanyüksək peşəkarlıq nümayiş etdirdiklərini, insan hüquq vəazadlıqlarının müdafiəsi istiqamətində səylərini vurğulayıb.

Daha sonra Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin yenihakimlərini vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək,onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu təyinatınhüquq ictimaiyyəti üçün önəmini vurğulayıb.

Təyin edilən hakimlər gələcək hakimlik fəaliyyətlərində hüququnaliliyinin təmin edilməsi naminə səylərini əsirgəməyəcəklərini,yüksək hakim adını qorumaqla, onlara göstərilən yüksək etimada görəPrezident İlham Əliyevə öz minnətdarlıqlarını ifadə edərək,üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyəçalışacaqlarını bildiriblər.

Sədr ölkəmizdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətəqayıdışından sonra başlanmış hüquqi dövlət quruculuğundan,Prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsində həyata keçirdiyimütərəqqi islahatlardan, məhkəmə hakimiyyətinin müstəqilliyininmöhkəmlənməsindən, Konstitusiyanın aliliyinin təmin olunması vəqorunması sahəsində atılan mühüm addımlardan bəhs edib.

Chosen
29
50
az.trend.az

10Sources