EN

Rusiya Nəqliyyat Nazirliyində daha bir ölüm hadisəsi Müəmmalı şəraitdə vəfat etdi KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Nəqliyyat Nazirliyində növbəti ölüm hadisəsi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, “Rusiya Avtomobil Yolları Agentliyi”nin (“Rosavtodor”) Əmlakın idarə olunması şöbəsinin rəis müavini Andrey Korneçuk Moskvada keçirilən müşavirə zamanı qəfil dünyasını dəyişib.

Hadisə zamanı 42 yaşlı məmur iclasda qəfildən ayağa qalxıb, lakin bir neçə saniyə sonra yerə yıxılıb və həyatını itirib. Hadisə yerinə çağırılan təcili yardım briqadası yalnız ölüm faktını təsdiqləyə bilib.

İlkin ehtimala görə, Korneçukun ürəyi dayanıb. Rusiya mediasının yazdığına görə, bu hal Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoytun intihar xəbəri fonunda baş verib.

Hadisə Rusiya ictimaiyyətində ciddi rezonans doğurub, çünki bu, son günlərdə dövlət qurumlarında baş verən ikinci yüksək səviyyəli ölüm hadisəsidir.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
50
konkret.az

10Sources