Dövlətə xəyanət etməkdə təqsirləndirilən Azər Bağırovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 16-na təyin edilib.
Xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırovu DTX  İordaniyadan Azərbaycan gətirib.
İş materiallarından mÉ™lum olur ki, xarici ölkÉ™nin xüsusi xidmÉ™t orqanı 3-cü ölkÉ™lÉ™rdÉ™ hazırladığı tÉ™xribat hadisÉ™lÉ™rindÉ™ iÅŸtirakını büruzÉ™ vermÉ™mÉ™k üçün AzÉ™rbaycan vÉ™tÉ™ndaşı kimi AzÉ™r Bağırovu cÉ™lb edib.Â