EN

Bu MTK-nın rəhbərinə “stop” qoyuldu

“Metexan” Mənzil-Tikinti Kooperativinin (MKT) rəhbərinə “stop” qoyulub. 

Valyuta.az xəbər verir ki, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidli bununla bağlı qətnamə çıxarıb. 

İş materiallarından aydın olur ki, MTK-nın dövlət büdcəsinə 139 667,63 manat borcu olub. Borc ödənilmədiyindən Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. 

İdarə ərizəsində borc ödənilənədək MTK-nın rəhbərinə “stop” qoyulmasını xahiş edib. Göründüyü ki, qurumun ərizəsi təmin olunub. 

Araşdırmalarımız zamanı məlum olub ki, “Metexan” MTK 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. MTK-nın qanuni təmsilçisi İbrahimov Ehtiram Arif oğludur. 

Vergi sistemindən görünür ki, MTK borcunu hələ də ödəməyib. 

Hüseyn

Chosen
26
11
valyuta.az

10Sources