EN

Ukrayna ordusuna yardım: Almaniyadan 1 milyard avroluq dəstək

Almaniya Ukrayna ordusu üçün sursat təşəbbüsünə 1 milyard avrodan çox vəsait ayırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful məlumat verib. 

Vadeful bu açıqlamanı Praqada çexiyalı həmkarı Yan Lipavski ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında səsləndirib.

“Çexiya sursat təşəbbüsü çərçivəsində çox mühüm təchizatlar həyata keçirib. Almaniya bu təşəbbüsə 1 milyard avrodan çox vəsait yönəldib,” – deyə Vadeful bildirib.

Chosen
5
17
nocomment.az

10Sources