EN

Rüşvət və dələduzluğa görə rusiyalı general ağır cəzalandırıldı

Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, ordu general-polkovniki Xalil Arslanov 17 il müddətinə azadlıqdan məhrum edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Məhkəmə Arslanov X.A.-nı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi (dələduzluq) və 290-cı maddəsinin 6-cı bəndi (külli miqdarda rüşvət alma) üzrə təqsirli bilib və onu ciddi rejimli koloniyada cəza çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edib,” — deyə məlumatda qeyd olunur.

Bundan əlavə, Arslanova rüşvətin ikiqat məbləğində — 24 milyon rubldan çox cərimə təyin edilib.

Chosen
11
50
nocomment.az

10Sources