EN

"Barselona" Runi Bardgi ilə razılığa gəldi

"Barselona" "Kopenhagen"in gənc vingeri Runi Bardgi ilə razılığa gəlib.

90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçu artıq tibbi müayinənin ilk mərhələsini uğurla keçib və yaxın günlərdə transfer rəsmiləşəcək.

Kataloniya klubu istedadlı isveçli oyunçunun keçidi üçün Danimarka təmsilçisinə 2 milyon avro ödəyəcək. Planlara əsasən, Bardgi əsas komandanın yay hazırlıq prosesində iştirak edəcək.

Baş məşqçi Hans-Diter Flik və idman direktoru Deku onun potensialını bu mərhələdə qiymətləndirəcək.

Əgər ilkin mərhələdə əsas heyətə düşmək mümkün olmasa, gənc futbolçunun "Barselona B" komandasında təcrübə toplaması gözlənilir.

Chosen
9
7
90deqiqe.az

10Sources