EN

Körpələrə qəribə adlar qoyulur - "Valideynlər diqqətli olmalı, uşağın gələcəyini fikirləşməlidirlər"VİDEO

Azərbaycanda körpələrə verilən nadir və qəribə adlar açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bu ilin son 6 ayında Koroğlu, Alaz adlarının hər biri iki uşağa, Əsğər adı dörd uşağa, Həkimə beş uşağa, Çilənay adı isə üç uşağa verilib.

Eyni zamanda qoyulan adlar içərisində Dağlar, Alay, Ayala, Ayat, Xanəli, Bircəgül, Gülan, Tükəzban, Dua, Həkim, Elis, Elissa, Elmidar, Ramon, Güldanə, Zara, Xədicat, Xilqət, Xosaxan, Qəribəli adları da mövcuddur.

Bəs uşaqlara niyə belə qəribə adlar qoyurlar?

Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli deyir ki, ad insanın kimliyini, genetik kodunu, milliyətini, hətta çox vaxt xarakterini müəyyənləşdirir. Adekvat olmayan ad isə insanın həyatına da təsir edir.

Dilçi alimin sözlərinə görə, valideynlər uşaqlara ad qoyarkən diqqətli olmalı, dəqiq araşdırmalı və uşağın gələcəyini fikirləşməlidirlər.

Ötən il uşaqlara Tovuz, Alan, Mayya, Kürsümxanım, Xansu, Xansuvar, Almagül, Ağaəmi, Ağadədə, Zərqələm, Qarakişi, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Nənəş, Arazəli, Dağhan, Amine, Üseyd, Pavel, Sifayə, Siadə, Çigəli, Limanə, Zinhar, Zinharə adları da verilib. Bunların da hərəsi bir uşağa qoyulub. Yeni doğulan uşaqlara əcnəbi mənşəli adların verilməsi də geniş yayılıb.

Qeyd edək ki, bu il oğlan uşaqlarına ən çox Uğur (802), qız uşaqlarına isə Zəhra (533) adı verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
10
9
xezerxeber.az

10Sources