EN

Moskvadan qayıdarkən hava limanında saxlanıldı

  Qaqauziyanın paytaxtı Komrat şəhər şurasının üzvü İvan Paniya müxalifət partiyasının “Qələbə” blokunun qurultayında iştirak edib Moskvadan qayyıdarkən Kişinyov hava limanında saxlanılıb.

Bu barədə Panya özü məlumat verib. O, qeyd edib ki, həmkarları ilə Moskvadan qayıdıblar və eniş etdikdən dərhal sonra hamısını hava limanında saxlanılıblar.

“Biz oturub gözləyirik. Amma Moldova “demokratiyası” üçün bu, artıq standartdır. Bizə, müxalifət nümayəndələrinə həmişə belə münasibət göstərilir. Mübarizə çox çətin olacaq, amma biz bu döyüşü verməyə hazırıq.”

Qeyd edək ki, iyunun 21-də Moldovanın müxalif “Pobeda” siyasi blokunun nümayəndəsi Vasile Bolyan da Kişinyov hava limanında əlavə nəzarət adı ilə salanılmışdı./Globalinfo.az  

Chosen
15
50
referans.az

10Sources