EN

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib


Ukraynadakı münaqişə ilə əlaqədar Böyük Britaniya Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-mayor Aleksey Rtişşevə və onun müavini general-mayor Andrey Marçenkoya qarşı sanksiyalar tətbiq edib.
Məhdudiyyətlərə Böyük Britaniyaya giriş qadağası və aktivlər aşkar edilərsə, onların dondurulması daxildir.

Bundan əlavə, Ukrayna münaqişəsinə görə Sergiev Posadda yerləşən Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutu da sanksiyalar siyahısına əlavə edilib.

aia.az
Tərcümə şöbəsi



Chosen
26
50
aia.az

10Sources