Rusiyanın Ryazan vilayətində kafedə partlayış baş verib.
Bu haqda TASS məlumat yayıb.
“Partlayış Sobornaya küçəsindəki kafedə baş verib. Nəticədə bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib”, - agentliyin mənbəsi bildirib.
İlkin məlumata görə, kafeyə qumbara atılıb.
“Cebheinfo.az”