EN

Rusiya İstintaq Komitəsi sabiq nazirin ölümünü təsdiqləyibYENİLƏNİB-2

Rusiyanın sabiq nəqliyyat naziri Roman Starovoyt Moskva vilayətinin Odintsovo şəhərində ölü tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib ki, Starovoytun meyiti Odintsovo şəhər dairəsinin ərazisində şəxsi avtomobilində aşkar edilib. Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları zəruri tədbirlər həyata keçirir, hadisənin bütün halları araşdırılır. Başlıca versiya kimi intihar ehtimalı nəzərdən keçirilir.

Roman Starovoyt iyulun 7-də Rusiya Prezidentinin sərəncamı ilə istefaya göndərilmişdi. O, 2024-cü ilin may ayından etibarən Nəqliyyat Nazirliyinə rəhbərlik edirdi.

17:24

Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İlkin məlumata görə, o, mənzilində özünü güllələyib.

Bildirilib ki, Roman Starovoytun cəsədi Odintsovo şəhər dairəsindəki evində tapılıb. 

Məlumata görə, R.Starovoyta qarşı Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov ifadə verib. A.Smirnov aprel ayında Ukrayna ilə sərhəddə müdafiə qurğularının tikintisi üçün ayrılmış azı 1 milyard rublu mənimsəmə işi ilə bağlı həbs edilib.

“Mash”ın məlumatına görə, keçmiş nazirin meyitinin yanında PM tapançası tapılıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib.

Xatırladaq ki, Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.

Chosen
7
50
xezerxeber.az

10Sources