Bakıda 36 yaşlı qadın qətlə yetirilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 30-da Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Sevinc Hüseynovanın gecə saatlarında xüsusi amansızlıqla qətlə yetirilmiş meyiti gölün sahilində tapılıb.
Keçirilən tədbirlərlə qadının həyat yoldaşı 1989-cu il təvəllüdlü Rəşad Tağıyev şübhəli şəxs qismində saxlanılıb.
O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri həyata keçirilir.