EN

"Qarabağ" yoxlama matçında Ukrayna klubuna uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununda uduzub.

"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Metallist-1925"ə (Xarkov) məğlub olub. Qarşılaşma rəqibin 5:4 hesablı qələbəsi ilə bitib.

Ölkə çempionu Bakıdakı ilk yoxlama matçında "Zirə"ni 4 cavabsız qolla üstələyib.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Chosen
27
50
football-plus.az

10Sources