EN

Azərbaycan diplomatları Xankəndidə toplaşacaq

BAKI. 7 iyul. TELEQRAF

9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə Xankəndi şəhərində xüsusi sessiya keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik xidmət orqanlarının rəhbərlərinin bu gün Bakıda keçirilən IX müşavirəsində qeyd olunub.

Bildirilir ki, 9 iyuladək davam edəcək müşavirə çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatiya, iqtisadi, iqlim, enerji diplomatiyası, bağlantılar, məhkəmə prosesləri, humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım, xarici siyasətin kommunikasiyası, parlament diplomatiyası, beynəlxalq müqavilələr, diaspor fəaliyyəti, habelə diplomatik xidmət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına həsr olunan panel sessiyaları təşkil olunacaq.

"9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə müşavirə öz işini Xankəndi şəhərində keçiriləcək xüsusi sessiya ilə davam etdirəcək" - deyə, məlumatda bildirilir.

Chosen
11
50
teleqraf.com

10Sources