EN

Azərbaycan klubu “Trabzonspor”la qarşılaşacaq

Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın keçirəcəyi yoldaşlıq oyunlarının tarixi və rəqibləri müəyyənləşib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi hər 3 matçda Türkiyə təmsilçiləri ilə qarşılaşacaq. Bunlar “Bayburtspor” (9 iyul), “Alanyaspor” (11 iyul) və “Trabzonspor”dur (17 iyul).

Qeyd edək ki, “Alanyaspor” və “Trabzonspor” Türkiyə Superliqasının təmsilçiləridirlər.

AzPost.az

Chosen
18
39
azpost.info

10Sources