Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə İsveçrə Konfederasiyasının Federal Məclisinin Milli Şurasının prezidenti Maya Riniker ilə görüşüb.
"Report"un "RBK-Ukrayna"ya istinadən məlumatına görə, tərəflər Kiyevə dəstəyin davam olunması, Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi, Ukraynanın oğurlanmış uşaqlarının qaytarılması və humanitar təşəbbüslər məsələlərini müzakirə ediblər.
"Hesab edirəm ki, bunlar insanlar üçün belə çətin dövrdə vacib siqnallardır - bizi dəstəkləyən ölkələrin liderlərini, tərəfdarlarımızı görmək. Həm də onları təkcə paytaxtda deyil, buna görə də biz bunu çox yüksək qiymətləndiririk", - Zelenski qeyd edib.
"Bizim mövqeyimiz dəyişməzdir: Rusiyanın Ukraynaya təcavüzünü pisləyirik, biz hərtərəfli, ədalətli və uzunmüddətli sülhə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiq qalırıq", - Riniker vurğulayıb.
Bundan əlavə, Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasından danışılıb, həmin ölkənin pilotsuz təyyarələrin və raketlərin istehsalı üçün istifadə olunan mühüm komponentlərin və texnologiyaların tədarükü müzakirə edilib.