EN

Tramp Ukraynaya silah göndərəcəyini vəd etdi

BAKI, 8 iyul. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp yenidən Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsi ilə bağlı mövqeyindən narazılığını ifadə edib.

Teleqraf xəbər verir ki, Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı o, jurnalistlərə Kreml rəhbərinin dayanmaq istəməməsindən məyus olduğunu söyləyib.

ABŞ lideri həmçinin Ukrayna ordusuna silah veriləcəyini deyib:

“Biz daha çox silah göndərəcəyik. Biz bunu etməliyik. Onlar özlərini müdafiə edə bilməlidirlər. Onlar indi çox güclü atəşə məruz qalırlar”, - Tramp söyləyib.

Chosen
57
teleqraf.com

1Sources