EN

Dövrün bəlasına qarşı birgə mübarizə

İnsanları ən çox narahat edən təhlükəli, sosial əhəmiyyətli bəla narkomaniya və kibercinayətkarlıqdır. Narkomaniya millət üçün daha dəhşətli faciədir. Narkoman özünü məhv etməklə bərabər, həm də cəmiyyətin gələcəyini uçurum qarşısında qoyur. 

Təəssüf ki, ölkəmizdə narkomaniyaya qarşı mübarizə gündən-günə artsa da, ona meyilli olanların sayı istənilən səviyyədə azalmır. Bu səbəbdən Lerik rayonunda hüquq-mühafizə orqanları ilə yanaşı, digər təşkilatlar da bu mübarizəyə qoşulublar. Pirasora kənd tam orta məktəbində keçirilən "Narkomaniyaya yox deyək!" və "Kibercinayətkarlığa qarşı mübarizə" mövzularında şagirdlərlə növbəti maarifləndirici tədbir  məhz bu məqsəddən irəli gəlirdi.

Görüşdə Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ramil Mustafayev, RİH başçısının müavini Arzu Vəliməmmədova və təhsil sektorunun müdiri Zöhrab Salayev çıxış edərək narkomaniyanın yaratdığı real faciələrdən, "ağ ölüm"ün gənclərin həyatında açdığı ağır izlərdən danışdılar və onun həlli yollarını göstərdilər. 

Tədbirdə həmçinin kibertəhlükələr, onlayn dələduzluq və kiber talama halları barədə geniş məlumat verildi, şagirdlərə özlərini necə qorumalı olduqları izah olundu.

Z.ƏLİYEV, 

Lerik rayon sakini

Chosen
83
1
azerbaijan-news.az

2Sources