EN

Bakıda avtobus yük avtomobili ilə toqquşdu: XƏSARƏT ALAN VAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal həmin əraziyə cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, “BYD” markalı sərnişin avtobusu ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Qazel”in sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

 

Xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Məmmədov Etibar Qasım oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Chosen
14
22
senzor.az

10Sources