Bakı. TRend:
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və AzərbaycanYazıçılar Birliyinin təşkilatçılığı ilə növbəti dəfə Vaqif PoeziyaGünləri keçiriləcək. Ənənəvi poeziya bayramı bu il də ölkəmizin birneçə şəhər və rayonunu əhatə edəcək.
Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, tədbir iyulun 14-də Molla PənahVaqifin doğulduğu Qazax rayonundan start götürəcək.
İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonundadavam edəcək Poeziya Günləri iyulun 17-18-də Azərbaycanınmədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq. Şuşada baş tutacaqtədbirlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, dövlət vəhökumət nümayəndələri iştirak edəcək.
Poeziya Günləri çərçivəsində Qazax, Gəncə, Ağdam və Şuşanınmüxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən, Heydər ƏliyevFondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərəkompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlarmalikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları,musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları vəmüxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.
Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli LiderHeydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhzhəmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifinməqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılmış və onuntapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib.1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəviolaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdırdüzündə başa çatırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyiilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşaşəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidəndoğma yurdunda – Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyəbaşlanıb.
Bu il də Vaqif Poeziya Günləri poeziya, ədəbiyyat və mədəniyyəthəvəskarlarına unudulmaz anlar yaşadacaq.