EN

“Mançester Yunayted” Ederson üçün təklif göndərdi

“Atalanta”nın yarımmüdafiəçisi Ederson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “Goal.com"a istinadən yaydığı xəbərə görə, 26 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır. “Qırmızı şeytanlar” artıq braziliyalının transferi ilə bağlı “Atalanta”ya rəsmi təklif göndərib.

Braziliyalı oyunçuya İtaliyanın digər iki nəhəngi — “Yuventus” və “İnter” də yaxından maraq göstərir.

Ötən mövsüm Ederson 48 oyunda meydana çıxaraq 5 qol vurub və 2 məhsuldar ötürmə edib.Transfermarkt portalı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Chosen
396
41
90deqiqe.az

10Sources