EN

Məşhur aktyor vəfat etdi

Amerikalı aktyor Andre Brauer 61 yaşında vəfat edib.


Bu barədə “Variety” jurnalı bildirib.


Məlumata görə, sənətçi dekabrın 11-də uzun çəkməyən xəstəlikdən ölüb. Brauerin ölümünü onun agenti Cennifer Allen təsdiqləyib.


Aktyor “Bruklik Doqquz-Doqquz”, “Doktor Haus” və “Yeni qız” seriallarında, habelə “Duman”, “Solt” və “İbtidai qorxu” filmlərində rol alıb. O, “Qətl: küçədəki həyat” və “Oğru” seriallarındakı iştiraka görə iki dəfə “Emmi” mükafatına layiq görülüb./Report

Tarix: 13 Dekabr 2023, 08:09   
Chosen
846
6
pravda.az

10Sources